Ordu.az xəbər verir ki, Çad Müvəqqəti Hərbi Şurasının sədri Mahamat İdriss Debi Türkiyə istehsalı texnikaların müşayiəti ilə Monqo şəhərinə gəlib. Müvafiq görüntülər Tvitter səhifələrində yayımlanıb.
2022-ci ilin fevral ayında “Yörük” zirehli maşınının Çada ixrac edildiyi bildirilirdi.
Şirkət rəsmiləri bildirir ki, Yaponiya və Macarıstan kimi ölkələr, eləcə də bir sıra Cənubi Amerika və Afrika ölkələri “Yörük” maşınları ilə maraqlanır.
Sevinc Əliyeva
Ordu.az