Daha bir Afrika ölkəsi Türkiyə istehsalı “Yörük” zirehli maşınlarından istifadə etməyə başlayıb

2022/11/15318-1669633582.jpg
Oxunub: 443     15:42     28 Noyabr 2022    
Çad təhlükəsizlik qüvvələri Türkiyənin “Nurol” şirkəti tərəfindən istehsal edilən 4x4 təkər fotmullu “Yörük” taktiki zirehli maşınlarından istifadə etməyə başlayıb.

Ordu.az xəbər verir ki, Çad Müvəqqəti Hərbi Şurasının sədri Mahamat İdriss Debi Türkiyə istehsalı texnikaların müşayiəti ilə Monqo şəhərinə gəlib. Müvafiq görüntülər Tvitter səhifələrində yayımlanıb.

2022-ci ilin fevral ayında “Yörük” zirehli maşınının Çada ixrac edildiyi bildirilirdi.

Şirkət rəsmiləri bildirir ki, Yaponiya və Macarıstan kimi ölkələr, eləcə də bir sıra Cənubi Amerika və Afrika ölkələri “Yörük” maşınları ilə maraqlanır.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Çad  


Bizi "telegram"da izləyin