Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər Türkiyə ordusunun Hava Hücumundan Müdafiə Komandanlığının nəzarət və rəhbərliyi altında baş tutub.
“Aksaz bölgəsində və Aralıq dənizinin beynəlxalq su və hava məkanında həyata keçirilən manevr mümkün bir birgə əməliyyatda TSQ-nin hava məkanına nəzarət prosedurlarını, üsullarını və koordinasiya prosedurlarını həyata keçirmək məqsədi daşıyırdı”, - deyə açıqlamada bildirilib.
Təlimlərdə yerli istehsal “Hisar A+” və “Hisar O+” hava hücumundan müdafiə sistemlərindən də istifadə edilib.
Sevinc Əliyeva
Ordu.az