Özbəkistan və Türkiyə arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb

2022/11/Hulus-1669633502.jpg
Oxunub: 320     14:45     28 Noyabr 2022    
Özbəkistanın müdafiə naziri general-leytenant Bahadır Qurbanov Türkiyəyə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

O, Ankarada Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb, ikitərəfli və geniş tərkibdə görüşlər keçirilib.

Görüşün sonunda Türkiyə ilə Özbəkistan arasında hərbi əməkdaşlıq müqavilələrini imzalayan hər iki nazir birgə mətbuata bəyanatla çıxış ediblər.

“Bizim Türkiyə ilə Özbəkistan arasında qardaşlıq hüququna əsaslanan yüksək səviyyəli strateji tərəfdaşlığımız var. Bu tərəfdaşlıq istiqamətində əlaqələrimiz intensiv və uğurla davam edir. Xüsusən də son dövrdə prezidentlərimizin səfərləri, görüşləri çərçivəsində əlaqələrimiz mühüm vüsət alıb. Biz nazirliklər olaraq bunun davam etməsi üçün hər cür səy göstərməyə davam edirik.

“Hörmətli qardaşımla birlikdə ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi, qiymətləndirmələr apardıq, növbəti mərhələdə nə edə biləcəyimizi müzakirə etdik”, - deyə Akar bildirib.

Özbəkistanın müdafiə naziri general-leytenant Bahadır Kurbanov çıxışına Türkiyəyə ilk rəsmi səfəri zamanı göstərdiyi səmimi qonaqpərvərliyə görə “əziz qardaşım” deyə müraciət etdiyi nazir Akara təşəkkür edib. Terror aktları ilə bağlı dərin hüznlə başsağlığı verən nazir Qurbanov bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin bu alçaq hücumlara görə məsuliyyət daşıyanları cəzalandıracağına inanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Özbəkistan  


Bizi "telegram"da izləyin