Hindistan ordusu üçün istehsal edilən yerli hücum helikopteri silahlanmaya qəbul edilib

2022/11/lch-2-1669633337.jpg
Oxunub: 442     17:23     28 Noyabr 2022    
Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) şirkəti tərəfindən dizayn və inkişaf etdirilən Yüngül Döyüş Helikopteri (LCH-Light Combat Helicopter) bu yaxınlarda təşkil edilən mərasimlə silahlanmaya qəbul edilib.

Ordu.az xəbər verir ki, helikopterlər döyüşə hazır vəziyyətə gətirilib.

Dizaynına 2006-cı ildə başlanılan layihə çərçivəsində hazırlanan ilk helikopter 2010-cu ildə uçuş həyata keçirib. Hindistan ağır hücum helikopter ehtiyacını ABŞ-dan “Boeing AH-64” təyyarələri ilə qarşılayır.

Çatdırılma zamanı 4 helikopter Hindistan Hərbi Hava Qüvvələrinin inventarına daxil edlib. Bu helikopterlər “Praçanda” adlandırılıb, hindi dilindən tərcümədə bu söz “şiddətli” deməkdir.

Hindistan və Pakistan arasındakı sərhəd bölgəsinə çox yaxın olan “Codhpur” aviabazasına 4 helikopter yerləşdirilib. HAL 2023-cü ildə daha 4, 2024-cü ildə isə 2 LCH təqdim edəcək. Ümumilikdə hədəf 120 helikopterin istehsalı və çatdırılmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HAL  


Bizi "telegram"da izləyin