ABŞ Yunanıstana 8 ədəd MQ-9 “Reaper” PUA-sı göndərib

2022/11/abd-y-1669633218.jpg
Oxunub: 315     15:02     28 Noyabr 2022    
Amerika Birləşmiş Ştatları 1 il müddətinə Yunanıstanın Larissa aviabazasına 8 ədəd təkmil MQ-9 “Reaper” PUA-sı yerləşdirib.

https://tolgaozbek.com/savunma/abd-yunanistana-8-adet-mq-9-reaper-konuslandirdi/?fbclid=IwAR2-Raq8mdM3JSXGrNsvIR9WA5aNns1Jt0fxapEAeOSQQ5_0jx9Tuwa_YmA

Ordu.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Noyabrın 12-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd MQ-9 “Reaper” PUA-sı müvafiq texnika və şəxsi heyətlə Larissa aviabazasına gəlib. Bildirilib ki, yerləşdirmə 1 il müddətinə və ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində ABŞ-ın Avropa Komandanlığı (EUCOM) ilə Yunanıstan ordusu arasında noyabrın 1-də imzalanmış razılaşma çərçivəsində həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin