Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, belə ki, Ermənistan hökumətinin noyabrın 24-də keçirilən iclasında hökumət Dövlət Mühafizə Xidmətinin Milli Təhlükəsizlik Xidmətindən ayrılaraq Baş nazirə tabe quruma çevrilməsi barədə qərar qəbul edib.
“Nəticə etibarı ilə bu güc strukturuna rəhbərlik və idarəçilik başqa bir üstün güc strukturu tərəfindən deyil, Baş nazirin aparatı tərəfindən həyata keçirilməlidir. Paşinyan dövründə əslində Baş nazirin təhlükəsizliyini həyata keçirən qurum birbaşa Baş nazirə tabe olacaq, görünür, bu onun göstərişlərini daha operativ yerinə yetirmək, təhlükəsizliyini daha yaxşı təmin etmək üçündür. Xatırladaq ki, müxalifətçi olduğu dövrdə isə Nikol Paşinyan Serj Sarkisyanı bir sıra departamentləri və dairələri öz nəzarətinə götürərək ölkə idarəçiliyini super-baş nazirliyə çevirdiyinə görə tənqid edib. Amma bu gün faktiki olaraq Paşinyan nəinki qeyd etdiyi “super-baş nazirlik” tezisindən əl çəkməyib, əksinə, onu günü-gündən gücləndirir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az