“Hayeli”: Ermənistanın beynəlxalq aləmdə heç vaxt belə biabırçı imici olmayıb

2022/11/1669362838.jpg
Oxunub: 345     14:14     29 Noyabr 2022    
Nikol Paşinyan KTMT sammitində bədbəxt və kədərli görünürdü. Lukaşenko hətta Nikolla salamlaşarkən “Niyə belə tutqunsan?” deyərək ona söz atıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli.am” nəşri yazıb.

Qeyd olunub ki, Nikol Paşinyan KTMT-də yad adamdır. Onun uşaqca davranışı Ermənistanı da bu vəziyyətə salaraq tam fiasko yaşadığını göstərir.

“Nikol KTMT-dən kömək istəyir, bununla da KTMT-nin mahiyyətini anlamadığını göstərir. Yaxud da Nikol başa düşür, amma özünü başa düşməyən yerinə qoyur ki, bir tərəfdən öz simasını xilas edib günahkar yox, qurban obrazına girsin, digər tərəfdən də KTMT-yə ziyan vursun. Hər halda bu, Ermənistana ancaq ziyan vurur. Alen Simonyan Ermənistanın bizi Türkiyə və Azərbaycandan qorumaq üçün KTMT-yə üzv olduğunu bəyan edirsə, bu, ən azından savadsızlıqdır. KTMT ayrı-ayrı üzvlərinin qeyri-dost davranışı ilə Rusiyanın ətrafında toplanmış bir birlikdir. KTMT Ermənistan-Türkiyə sərhədini Rusiya adından qoruyur, lakin Ermənistan-Azərbaycan münasibətlərində arbitr statusu axtarır və Bakı ilə birbaşa münaqişəyə girməməyə çalışır. Nikol Ermənistan ordusunun əvəzinə KTMT-nin döyüşməsini istəyir, lakin eyni zamanda anti-Rusiya, KTMT əleyhinə kampaniya və aksiyaları təşviq edir və onlara rəhbərlik edir. Ermənistanın beynəlxalq aləmdə heç vaxt belə biabırçı imici olmayıb”. - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin