“Təhlükəsizlik sistemi tamamilə dağılıb, nə gözləmək olar?” - Xaçatryan

2022/11/1669285934.jpg
Oxunub: 283     14:44     28 Noyabr 2022    
“Mən düşünmürəm ki, dövlətlərin rəhbərləri nəyisə razılaşdırması və bunu etməməsi kimi bir vəziyyət mümkündür”.

Ordu.az xəbər verir ki, bunu geosiyasi məsələlər üzrə erməni analitik Arbak Xaçatryan İrəvanda keçirilən KTMT sammitini şərh edərkən deyib.

Xaçatryan sual verib ki, indi belə bir zərbənin mənası nədir?

“Bunun xarici ünvan sahibinə malik olduğunu düşünmürəm, daha çox daxili auditoriyaya yönəlmiş bir hərəkət idi.Amma burada təhlükələr görürəm. Bu vəziyyətdə belə bir addımın atılmasının effektli olacağını düşünmürəm, risklər hesablanmır. Xarici işlər nazirləri və müdafiə nazirləri əvvəlcədən nə barədə razılığa gəliblər? Mən KTMT-nin addımlarına heç cür haqq qazandırmıram, amma anlamaq istəyirəm ki, belə bir əməlin faydalı təsir əmsalı nədir, xalqımız hansı yeni sınaqlarla üzləşəcək? Təhlükəsizlik sistemi tamamilə dağılıb, nə gözləmək olar? Prezidentləri toplayın və onlara deyin ki, mən imzalamıram. Bunun əvvəlcədən düşünülmüş addım olduğuna şübhə edirəm və gələcəkdə hansı təhlükələrin yaranacağı məlum deyil. Diplomatiyamız, təhlükəsizliyimiz yoxdur, həqiqətən də qorxularım var”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin