Erməni hərbi qulluqçunun atası: “Hər kəs, o cümlədən komandirlər cavab verməlidir, hər bir ifrat addımı atacam”

2022/11/29955-1669632191.jpg
Oxunub: 361     18:00     28 Noyabr 2022    
Erməni müddətli hərbi qulluqçu Palyan Poğosyanın ölümündən 4 ay keçsə də, Ermənistan müdafiə naziri Suren Papikyan yeganə oğlunu itirən valideynlərlə hələ görüşməyib.

Ordu.az xəbər verir ki, Palyan Poğosyan 2022-ci il iyulun 17-də Qarakilsədəki döyüş mövqelərində yanıq xəsarətləri alması nəticəsində iyulun 26-da ölüb.

Hadisədən təxminən 4 ay sonra Palyanın valideynləri Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb oğlunun necə öldüyünü anlamağa çalışıblar.

Palyan Poğosyanın atası Civan Poğosyan qeyd edib ki, dövlətin və xüsusən də Müdafiə Nazirliyinin münasibətindən kədərlənir.

“Deyirlər ki, Suren Papikyanın ölmüş hərbi qulluqçunun ailəsini dinləməyə 5 dəqiqə belə vaxtı yoxdur. Mən artıq Nikol Paşinyan, Suren Papikyanla görüşmək istəyirəm... Söz tapa bilmirəm, uşağım 5 aydır gedib, valideynin sualına cavab vermək üçün 5 dəqiqə vaxt ayırmır. Mənim üçün, ailəm üçün hər gün bir ildir. Mən onların laqeydliyini, qeyri-insaniliyini, həm tibb işçilərinin, həm də Müdafiə Nazirliyinin əməkdaşlarının yöndəmsizliyini öz gözlərimlə görmüşəm”, - deyə Civan Poğosyan bildirib.

İndi o, Ermənistan Baş naziri ilə görüş gözləyir.

“Mən Suren Papikyanla da görüşmək istəmirəm, Nikol Paşinyanla görüşmək istəyirəm, ona suallarım var. Sözlərim eşidilsin, mənimlə görüşsünlər, cavab istəyirəm. Hər kəs, o cümlədən komandirlər cavab verməlidir, hər bir ifrat addımı atacam”, - deyə Poğosyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin