Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Hakobcanyan Qarabağdakı qanunsuz “tikinti sektoru”nda monopolist rolunu öz üzərinə götürmüş iş adamı Xaçatur Sukiasyanın yaxını, “şəhərsalma üzrə keçmiş naziri”nin oğludur.
“Hakobcanyana məxsus şirkət daha çox “dövlətin elan etdiyi bir çox tenderlər”də qalib gəlir və həm yolların, həm də mənzillərin tikinti-təmir işlərini həyata keçirir. Bizə dedilər ki, o, “müşavir” təyin olunandan sonra da “dövlət sisteminin kadr siyasəti”nə müdaxilə edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az