“Hraparak”: Separatçılar Ruben Vardanyanın “təyinatı”ndan çaşıblar

2022/11/TASS--1668758315.jpg
Oxunub: 471     17:40     28 Noyabr 2022    
Separatçı Ruben Vardanyanın “Kapavor” MMC şirkətinin direktorlar şurasının sədri Arman Hakobcanyanı “özünə müşavir təyin etməsi” separatçıları çaşqın vəziyyətə salıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Hakobcanyan Qarabağdakı qanunsuz “tikinti sektoru”nda monopolist rolunu öz üzərinə götürmüş iş adamı Xaçatur Sukiasyanın yaxını, “şəhərsalma üzrə keçmiş naziri”nin oğludur.

“Hakobcanyana məxsus şirkət daha çox “dövlətin elan etdiyi bir çox tenderlər”də qalib gəlir və həm yolların, həm də mənzillərin tikinti-təmir işlərini həyata keçirir. Bizə dedilər ki, o, “müşavir” təyin olunandan sonra da “dövlət sisteminin kadr siyasəti”nə müdaxilə edir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vardanyan   Qarabağ  


Bizi "telegram"da izləyin