“Qəbul etməliyik ki, qərb və şərq istiqamətlərində diplomatik məğlubiyyətə uğradıq” - Xaçikyan

2021/01/35189-1611507957.jpg
Oxunub: 360     17:00     28 Noyabr 2022    
“KTMT-nin bu görüşündən sonra etiraf etməliyik ki, biz həm qərb, həm də şərq istiqamətlərində diplomatik məğlubiyyətə uğradıq”.

Ordu.az xəbər verir ki, bunu barədə erməni siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş müttəfiqi artıq “Ermənistan ərazisi”ni belə qorumaq istəmir.

“Qondarma diktatura dünyasına qarşı çıxmaqla, bəzi qonşularımızı tənqid etməklə biz özümüzü şərqdə məğlubiyyətə apardıq. Qərbdə isə özümüz üçün heç bir alternativ yarada bilmədik. Biz faktiki olaraq iki yer arasında qaldıq və xarici siyasətimizi iflasa uğratdıq. İşarələr var ki, bizim rəhbərlik sənədin məsələni həll etmədiyini başa düşməyə başlayıb, lakin bu qədər səhvlərdən sonra öz maraqlarımızı necə təmin edə biləcəyimizi təsəvvür etmək çətindir. Rəqibimizin Zəngəzur dəhlizi, Zəngəzur haqqında nə qədər aqressiv danışdığını da görürük”, - deyə Xaçikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin