Ordu.az xəbər verir ki, bunu barədə erməni siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Ermənistanın keçmiş müttəfiqi artıq “Ermənistan ərazisi”ni belə qorumaq istəmir.
“Qondarma diktatura dünyasına qarşı çıxmaqla, bəzi qonşularımızı tənqid etməklə biz özümüzü şərqdə məğlubiyyətə apardıq. Qərbdə isə özümüz üçün heç bir alternativ yarada bilmədik. Biz faktiki olaraq iki yer arasında qaldıq və xarici siyasətimizi iflasa uğratdıq. İşarələr var ki, bizim rəhbərlik sənədin məsələni həll etmədiyini başa düşməyə başlayıb, lakin bu qədər səhvlərdən sonra öz maraqlarımızı necə təmin edə biləcəyimizi təsəvvür etmək çətindir. Rəqibimizin Zəngəzur dəhlizi, Zəngəzur haqqında nə qədər aqressiv danışdığını da görürük”, - deyə Xaçikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az