Erməni ictimai xadim: “Bu nə Putinə, nə də inanın ki, Lukaşenko, Tokayev və başqalarına yox, bizə lazım idi”

2022/11/37_61-1669631480.jpg
Oxunub: 504     16:46     28 Noyabr 2022    
“Artıq bir neçə gündür ki, mən nikolçuların KTMT-nin sessiyasındakı çıxışdan və daha çox qondarma sənədin imzalamamasından sevincini anlamaq istəyirəm”.

Ordu.az xəbər verir ki, bu barədə “Yerevan Today” nəşrinin redaktoru Sevak Hakopyan öz “Facebook” səhifəsində yazıb.

“Hansısa qətnamə qəbul edilməsi, hansısa nəticə olması bizə lazım idi, deyilmi? İndi bu olmadı, ən vacib 2 sənəd qəbul olunmadı, Nikol “Bizim istədiyimiz deyil, okey” dedi. Nəyə sevinirsiniz, nə ilə fəxr edirsiniz? Əslində, çox vacib sayılan qətnamə qəbul edilmədi: bu nə Putinə, nə də inanın ki, Lukaşenko, Tokayev və başqalarına yox, bizə lazım idi. Qətnamə nə idisə, bizim istədiyimiz kimi olsaydı, yekdilliklə qəbul edilsəydi, o zaman onu diplomatik nəticə əldə etmiş kimi tərifləmək olardı”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Putin   Lukaşenko  


Bizi "telegram"da izləyin