“Paşinyan deyib ki, gəlin Qarabağı təhvil verək, icazə verin Ermənistanda rahat hökmranlıq edim” - İşxanyan

2021/09/sasas-1632125098.jpg
Oxunub: 718     16:16     28 Noyabr 2022    
“Bizi təkcə məğlubiyyət səbəbindən yox, həm də məğlubiyyətə görə məsuliyyət daşıyan hökumətin hələ də dövlətin başında olması üzündən görməzdən gəlirlər”.

Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti uzaqlaşdırılmasa, bu vəziyyətdə ölkənin gələcəyi yoxdur.

“Ermənistan hakimiyyəti səhv etməyib, lakin bu, sui-qəsddir. Sülh müqaviləsi ilə bağlı mənim daxili inamım var ki, Nikol Paşinyan belə deyib: gəlin Qarabağı təhvil verək, icazə verin Ermənistanda rahat hökmranlıq edim, diktatura sistemimlə əbədi olaraq hökmran olum. Sülh müqaviləsi deyəndə məhz bu məqsədi güdür və indi rəqibin daha çox şey istəməsinə təəccüblənir. O, indi həyəcanlı vəziyyətdədir”, - deyə İşxanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin