Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.
Sarkisyanın sözlərinə görə, Monte Melkonyanla bağlı məlumat onun ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olması ilə bağlıdır.
“Bu məqsədlə aşağıdakıları dərc edirəm. M. Melkonyanla uzun və hərtərəfli işləmək, faktları və məlumatları birləşdirmək, eləcə də digər materialları toplayıb təhlil etmək nəticəsində Armen öz rəhbəri ilə vahid nəticəyə gəliblər: “M. Melkonyanın Amerika kəşfiyyat orqanları ilə əlaqəsi olmayıb”. İndi sual yaranacaq ki, Armen kimdir, bu nə məlumatdır və mənim bütün bunlarla nə əlaqəm var? İzah edim: Armen mənim atamdır, Sovet Ermənistanı Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatından sonra həm də kəşfiyyat işçisidir. 1989-cu ildə M. Melkonyanın son dərəcə məxfilik şəraitində İrəvana köçürülməsi, təhlükəsizliyinin təmin edilməsi üçün məxfi əməliyyatın aparılması ona tapşırılmışdı. Mətn sonradan hazırlanaraq dövlət rəhbərliyinə təqdim edilən hesabatdır. Lubyanka “Yaxın Şərq mənbələrindən əldə etdiyi məlumatlara” əsaslanaraq, Amerika xüsusi xidmət orqanları ilə əlaqələrinin olması barədə yalan məlumat yayıb. Mən bütün bunlarla o dərəcədə bağlıyam ki, atamın bu və digər əməliyyatları haqqında kitab yazıram, orada Sovet Ermənistanının xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında eksklüziv təfərrüatlar olacaq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az