Separatçıların “rəhbəri” Arayik Harutyunyanın “nümayəndəsi” Masis Mayilyan Rusiyaya səfəri çərçivəsində Moskvada Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vağarşak Harutyunyan və bir qrup erməni diplomatlarla görüşlər keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Masis Mayilyan öz “Facebook” səhifəsində yazıb.
“Moskvaya səfəri zamanı Ermənistanın Rusiyadakı səfirliyinə baş çəkmək və fövqəladə və səlahiyyətli səfir, eləcə də digər erməni diplomatlar ilə fikir mübadiləsi aparmaq yaxşı ənənəyə çevrilib”, - deyə onun qeydində bildirilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Separatçılar
Rusiya