Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Qeyd olunub ki, Ermənistan hökuməti isə bunun tam əksini edir, insanları qara və ağa bölüb.
“Qara qüvvələr əvvəlki hakimiyyət nümayəndələridir ki, onlara qarşı “dişlərini qıcayaraq” və açıq iştaha ilə mübarizə aparılır. Onları siyasi şantajlara, cinayət təqiblərinə məruz qoyur, müxtəlif işlərin üstünü açır, həbs edirlər. Digəri olan ağ hissə özləridir. Onlar dövlətin bütün “deşikləri”ni doldurmuş sorosçular, apostol kilsəsinə hücum etmək üçün bir çox cəhdlər etmiş və etməkdə davam edən məzhəbçilərdir. Hakimiyyət bu qüvvələri birləşdirə bilərmi? Dövlətçiliyi itirmək ərəfəsində avantüra ilə məşğul olmayın, vahid cəbhə yaradın”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az