Ermənistan MN-in 3 əməkdaşı qəzada ölüb

2022/11/timth-1669630554.jpg
Oxunub: 552     14:14     28 Noyabr 2022    
Noyabrın 26-da Göyçə vilayətində böyük avtomobil qəzası baş verib.

Ordu.az xəbər verir ki, saat 01:30 radələrində Göyçə-Aşağı Qaranlıq-Qoytur avtomobil yolunun 58-ci kilometrliyində, Gölkənd kəndi ərazisində “BMW” və “Volkswagen Golf” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər yerindəcə ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aşağı Qaranlıq tibb məntəqəsinə yerləşdirilib.

Yanğınsöndürən-xilasedicilər “BMW” markalı minik avtomobilindən 1 nəfərin, “Volkswagen Golf” markalı avtomobildən isə 3 nəfərin cəsədini çıxarıblar.

Polis və istintaq şöbəsi sürücülərin, ölən və yaralananların kimliyini araşdırır.

Məlumata görə, ölənlərdən 3-ü Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin