Lukaşenko tezliklə Putinlə görüşəcək

2022/04/456sd-1649599994.jpg
Oxunub: 221     13:13     28 Noyabr 2022    
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda görüşəcək.

Ordu.az “BelTa”ya istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bildirib.

Bu gün Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüş zamanı Lukaşenko Putinlə görüş zamanı bir sıra məsələlərin müzakirə olunacağını deyib. “Rusiya Prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsi müzakirə olunacaq. Bəzi xırda məsələləri həll etsək, ticarət dövriyyəsi həcmin artırılması istiqamətində böyük irəliləyiş olar. Bizim üçün əsas məsələ budur və 2022-ci il göstərdi ki, biz bunun öhdəsindən gələcəyik”, - deyə Lukaşenko qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Putin  


Bizi "telegram"da izləyin