Ordu.az-ın məlumatına görə, Oskanyan qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin mümkün inkişaflarını güc və hüququn ziddiyyəti və ya birləşməsi kontekstində nəzərdən keçirmək lazımdır.
“Görünürdü ki, müharibədə qalib gələn, ordusunun həqiqi və ya zahiri gücünü nümayiş etdirən Azərbaycanın bundan sonra artıq qorxusu olmamalıdır. Xüsusən də erməni tərəfi, daha doğrusu, hakimiyyət mütəmadi olaraq güc qorxusunu açıq şəkildə nümayiş etdirəndə. Amma gücün hüququ doğurması iddiasının əksinə olaraq, müasir münaqişələrdə güc və hüququn qarşıdurması uzunmüddətli həlli qabaqcadan müəyyən edir. Nəhayət, aydındır ki, Ukrayna münaqişəsinin yekun həlli də güc və hüququn birləşməsinə əsaslanacaq. Bu və ya digər münaqişədə güc və ya hüquq arqumentinin daha güclü olmasından asılı olmayaraq güc və hüquq eyni dərəcədə güclü amil ola bilər. İstənilən münaqişədə hüquq amili nəzərə alınmadan yalnız güc yolu ilə qoyulan həll yolunun qeyd-şərtsiz qəbul edilməsi beynəlxalq dünya nizamının sabitliyinə meydan oxuya bilər. Qarabağ sakinlərinin “öz müqəddəratını təyinetmə hüququ” arqumenti iki il ərzində erməni tərəfindən demək olar ki, eşidilməyib”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az