Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək

2022/11/1668354625.jpg
Oxunub: 229     10:01     28 Noyabr 2022    
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkə hökumətinin iclası keçiriləcək.

Ordu.az xəbər verir ki, toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.

Bundan başqa, iclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla bağlı referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.

Həmçinin hökumətin infliyasiya ilə mübarizəsi də müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin