Qazaxıstan Prezidenti Rusiyada səfərdədir

2022/06/62aca-1655484384.jpg
Oxunub: 353     21:28     27 Noyabr 2022    
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

Ordu.az-ın məlumatına görə, Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 69,44 faiz seçici fəallığının olduğu seçkilərdə 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan liderinin andiçmə mərasimi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Rusiya  


Bizi "telegram"da izləyin