Hulusi Akar İraq sərhədində yoxlamalar aparır

2022/11/43359-1669557451.jpg
Oxunub: 280     15:41     27 Noyabr 2022    
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraq sərhədindəki qoşunlarda yoxlamalar aparır.

Ordu.az "Haber Global"a istinadən xəbər verir ki, naziri Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edir.

Akarın heyətlə birgə komandanlıq eşelonunun və sərhəd xəttindəki bölmələrin yoxlamaları davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hulusi-Akar   İraq  


Bizi "telegram"da izləyin