KİV: Kanada Sakit okeanda müttəfiqləri ilə Çinin təsirinə qarşı əlaqələri genişləndirir

2022/02/14583-1645773951.jpg
Oxunub: 241     17:12     27 Noyabr 2022    
Kanada Sakit okean regionunda Çinin təsirinə qarşı mübarizə məqsədilə hərbi və iqtisadi əlaqələri genişləndirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" Ottavanın yeni siyasətini əks etdirən sənədə istinadən yazır.

Kanadanın xarici işlər naziri Melani Coli yaxın vaxtlarda ölkənin bu regionla bağlı yeni strategiyasını elan edəcək.

"Söhbət Çinə gəldikdə, bilirik ki, bölgədə təsir uğrunda mübarizə gedir. Ona görə də öz oyunumuzu oynamalıyıq", - Coli deyib.

Sənədə əsasən, Ottava yenilənmiş regional siyasət üçün təqribən 1,7 milyard dollar ayıracaq: vəsait dəniz patrullarının, kəşfiyyatın və kibertəhlükəsizliyin gücləndirilməsinə, Kanadanın Şərqi Çin və Cənubi Çin dənizlərindəki tərəfdaşları ilə əməkdaşlığının genişləndirilməsinə yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Çin  


Bizi "telegram"da izləyin