Ukrayna Rusiya ordusunun Zaporojyedə xeyli itki verdiyini açıqlayıb

2022/09/c64b5-1662795474.jpg
Oxunub: 938     10:11     27 Noyabr 2022    
Son sutka ərzində Ukrayna hərbçiləri Zaporojye vilayətinə effektiv zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 27-də səhər saatlarına olan xülasəsində bildirilir.

Məlumata görə, noyabrın 25-də Zaporojye vilayətinin Melitopol, Pologi və Mixaylovka yaşayış məntəqələri yaxınlığında Rusiya ordusu ciddi məğlubiyyətə məruz qalıb.

"Rusiya ordusunda 100-dən çox insan yaralanıb, 10-a yaxın müxtəlif təyinatlı hərbi texnika və 2 sursat anbarı məhv edilib", - Baş Qərargahdan bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zaporojye  


Bizi "telegram"da izləyin