NATO Baş katibi: "Rusiya dünya ölkələri arasında parçalanma yaratmağa çalışır"

2022/11/7eb78-1669472164.jpg
Oxunub: 239     15:55     26 Noyabr 2022    
“90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub. Rusiya aclıqdan bu gün də Ukraynaya qarşı silah kimi istifadə edir”.

Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltemberq deyib.

O bildirib ki, Rusiya, həmçinin dünyanın digər ölkələri arasına parçalanma yaratmağa çalışır.

Y.Stoltenberqin sözlərinə görə, Şərqi Avropadakı savaş nəinki Avropaya, həmçinin digər ölkələrə, dünyanın ən həssas qrupları da daxil olmaqla hər kəsə təsir edir: “Rusiya Ukraynanın azadlığını və suverenliyini təhdid etmək üçün təkcə bomba və güllələrdən istifadə etmir. Rusiya hamımızı parçalamaq və sabitliyi pozmaq üçün qaz və taxıldan silah kimi istifadə edir”.

O söyləyib ki, Alyansın müttəfiqləri Ukraynanın suveren və müstəqil bir ölkə kimi varlığını qoruyub saxlaması üçün bu ölkəyə indiyə qədər görünməmiş maliyyə, humanitar və hərbi dəstək verir: “Nə qədər vaxt lazımdırsa, o qədər Ukraynanın yanında olacağıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin