Ordu.az xəbər verir ki, radar hava sistemini 7.8 kilometr məsafədən müəyyən edib.
Məlumatda bildirilir ki, radarın PKK terror təşkilatına qarşı imkanları yoxlanılır. Sistem əsasə kiçik PUA-ları aşkar etmək üçün nəzərdə tutulub.
PUA-lar kimi paraplanlar da son illərdə Türkiyə təhlükəsizlik qüvvələr üçün mühüm təhlükəyə çevrilib, xüsusən də terror təşkilatları tərəfindən asanlıqla əldə oluna və istifadə oluna bilən hava vasitəsidir.
PUA təhdidlərinə qarşı müxtəlif radioelektron mübarizə vasitələri olsa da, paraplanlarlara qarşı sistemlər elə də çox deyil. Onları zərərsizləşdirmək üçün ilk növbədə paraplan aşkar edilməlidir. “Retinar FAR-AD” radarı paraplanların aşkarlanmasında unikal imkanlar təklif edir.
Sevinc Əliyeva
Ordu.az