Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mahmut Faruk Akşit məlumat verib.
O, TF6000 nüvəsinin bir çox fərqli sahədə istifadə edilə biləcəyinə diqqət çəkib.
“TF6000 “Kızılema” pilotsuz qırıcısını uçura bilər, nüvəsi turbovala çevrilərsə “Atak 2” helikopterlərini uçura bilər, pər quraşdırılarsa, milli hücum gəmisində istifadə edilə bilər”, - deyə Akşir bildirib.
TF6000 “Kızılema”ın ilkin versiyalarında istifadə ediləcək AI-322F turbofan mühərrikinə yaxın itələmə gücü dəyərlərinə malikdir.
Sevinc Əliyeva
Ordu.az