Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri öz mənbələrinə istinadən yazıb.
Türkiyə Quru Qoşunları Komandanlığının inventarında olan əsas döyüş tankları hərtərəfli modernləşmədən keçir. Bu çərçivədə tanklar hərtərəfli elektron yeniləmədən keçəcək.
TİYK-M60T Layihəsi üzrə müqavilə imzalanıb və hazırda davam edir. TİYK-M60T Layihəsi çərçivəsində mövcud M60TM tanklarına atəşə nəzarət sistemi, müşahidə sistemi, görüntüləmə sistemi, köməkçi mühərriklər, lazer xəbərdarlıq sistemləri quraşdırılacaq.
Modernləşdirmə fəaliyyəti nəticəsində “Leopard 2A4” tankları “Leopard 2A4NG”yə bənzər bir quruluşa sahib olacaqlar.
Sevinc Əliyeva
Ordu.az