Ukraynada ABŞ istehsalı “Harm” raketi yaşayış binasına dəyib

2022/11/dfg4d-1669461032.jpg
Oxunub: 541     20:14     26 Noyabr 2022    
Ukrayna Hərbi Hava Qüvvələrinin istifadə etdiyi AGM-88B “Harm” radiasiya əleyhinə raketin hədəfə çata bilmədiyi və Ukraynada yaşayış binasına dəydiyi iddia edilib.

Ordu.az xəbər verir ki, müvafiq iddia ABŞ-ın “New York Times” nəşri tərəfindən səsləndirilib.

Sentyabrın sonunda baş verən hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Döyüş təyyarəsindən radar və hava hücumundan müdafiə sistemləri kimi quru hədəflərinə atılan raket Ukraynanın şərqindəki Kramatorsk şəhərində mənzilə düşüb. Sözügedən şəhər Ukraynanın Donbas bölgəsinə bağlıdır və sənaye şəhəridir. Şahidlərin bildirdiyinə görə, raketin vurduğu mənzil boş olub, lakin qonşu mənzilin sakinləri dağıntılara görə xəsarət alıblar.

Bildirilir ki, ABŞ-ın Ukraynaya təhvil verdiyi “Harm” raketlərinin əksəriyyətinin istifadə müddəti bitib. Görüntülərdə ABŞ-ın Ukraynaya göndərdiyi “Harm” raketlərinin ən azı 30 yaşında olduğunu göstərir. HARM Raketinin istifadə müddətinin 15 il olduğunu nəzərə alsaq, Ukraynada istifadə edilən raketlərin yüksək uğursuzluq nisbətinin səbəbi aydın olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Raket  


Bizi "telegram"da izləyin