Ordu.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif iştirak də iştirak edib.
Mərasimdə çıxış edən Ərdoğan qeyd edib ki, Türkiyə müdafiə məhsullarının çoxunu özü hazırlayır və Pakistan kimi dost və qardaş ölkələrə də verir.
“Biz qardaş Pakistanın müdafiə infrastrukturunun gücləndirilməsi üçün hər cür töhfəmizi veririk. Bu anlayışla 2018-ci ildə imzaladığımız “Milgem” korvet layihəsi ilə müdafiə sənayesi əməkdaşlığımızda mühüm mərhələni keçdik”, - deyə o qeyd edib.
Xatırladaq ki, layihə çərçivəsində Pakistan üçün ümumilikdə 4 gəmi inşa ediləcək. Onlardan 2-si Türkiyədə, digərləri Pakistanda hazırlancaq.
Sevinc Əliyeva
Ordu.az