Türkiyənin yerli istehsal aktiv qoruma sistemi əməliyyat zamanı hərbi qulluqçunun həyatını xilas edib

2022/11/gfh45-1669460960.jpg
Oxunub: 662     18:11     26 Noyabr 2022    
Türkiyənin ASELSAN şirkəti və TÜBİTAK-SAGE müəssisəsi tərəfindən hazırlanan “Pulat” aktiv qoruma sistemi ölkənin şərqində keçirilən əməliyyat zamanı hərbi qulluqçunun həyatını xilas edib.

Ordu.az xəbər verir ki, hadisə Türkiyənin şərqində keçirilən hərbi əməliyyat zamanı baş verib.

Bildirilir ki, əməliyyat zamanı terrorçular tərəfindən M60TM tankına atılan tank əleyhinə raket “Pulat” tərəfindən havada məhv edilib və həm tankın, həm də şəxsi heyətin həyatını xilas edib.

Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən “Fırat-M60T” layihəsi çərçivəsində Türkiyə ordusunun inventarında olan M60T tankına “Pulat” aktiv qoruma sistemi inteqrasiya edilib. Modernləşdirilmiş tanklara inteqrasiya edilən və raketi havada təsbit edib məhv edən “Pulat” sistemi döyüş meydanında əldə edilən təcrübə ilə hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin