Paşinyan super nazirliklə hakimiyyətinin ömrünü uzatmağa çalışır – BAXIŞ BUCAĞI

2020/03/00-33-1583395627.jpg
Oxunub: 525     22:15     26 Noyabr 2022    
Ermənistan hökuməti Daxili İşlər Nazirliyinin yaradılması təşəbbüsünü təsdiqləyib. Əslində, yeni nazirliyin tərkibinə Fövqəladə Hallar Nazirliyi, Miqrasiya Xidmətinin də daxil ediləcəyini və ümumilikdə 5 sahəni əhatə edəcəyini nəzərə alsaq, hətta onu super nazirlik də adlandırmaq olar. Bu sahələr ictimai asayişin qorunması, cinayətlərin qarşısının alınması və açılması, təbii fəlakətlərin qarşısının alınması, risklərin idarə edilməsi, miqrasiya və vətəndaşlıq, dövlət ehtiyatlarının idarə edilməsi və humanitar məsələlərdir. Ermənistanda yni yaradılan strukturu super nazirlikdən başqa müəyyən etmək əlbəttə çətindir.

Bu Ermənistan hökumətinin daha bir struktur dəyişikliyi aktı ilə deyil, praktikada siyasi konfiqurasiyanın dəyişdirilməsinin əsas addımı hesab edilməlidir. Ermənistan daxilində və xaricində ciddi təhlükəsizlik problemləri ilə üz-üzədir və bununla bütün inzibati gücü öz əlinə toplamağa çalışır.

Nikol Paşinyana daxili siyasi mövqelərini gücləndirmək məntiqi kontekstində güclü siyasi mərkəz yaradır. Daxili İşlər Nazirliyinin yaradılması da buna yönəlib və bu, güc-inzibati sistemin geniş sahəsinə daha effektiv nəzarət etməyə imkan verəcək.

Nikol Paşinyan Daxili İşlər Nazirliyini yaratmaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır. O, güclü siyasi “mərkəz” yaradaraq, daxili siyasi “sığorta zonası”nın gücünü artırmağa çalışır. Eyni zamanda, Paşinyan bu siyasi gedişi ilə bəlkə də güc balansı ilə bağlı problemləri həll etməyə çalışır. Hakim “Vətəndaş müqaviləsi” partiyasının indiki problemli vəziyyətlərindən biri odur ki, daxili tarazlıq praktiki olaraq yoxdur və həddindən artıq çox şey birbaşa bir nəfərdən asılıdır. Həmin şəxs isə Nikol Paşinyandır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin