Ordu.az xəbər verir ki, bunu erməni ədliyyə general-mayoru Tatul Petrosyan deyib.
Onun sözlərinə görə, bu böyük paketdə guya gizir, orta zabit, yüksək zabit heyətinin təqaüd yaşının artırılmasından bəhs olunur və buna bəraət qazandırmaq üçün qurumda təcrübəli işçiləri saxlamaq istədikləri qeyd olunur.
“4,5 ildir ki, bütün sistemi məhv edirlər. Sadəcə xatırlayıblar ki, təcrübəli işçilərə ehtiyac hələ də hiss olunur? Layihə təcili olaraq parlamentə gətirildi. 4,5 ildir hakimiyyətdəsiniz, indi anladınız ki, mütləq təcrübəli işçilər olmalıdır?”, - deyə Petrosyan qeyd edib.
Erməni general vurğulayıb ki, Ermənistan səlahiyyətliləri gizli sənədləri məhv etməklə qurtulacaqlarını düşünürlər, əslində izləri silə bilməzlər.
Alpər Mövludoğlu
Ordu.az