Daha bir qalmaqal| Erməni deputatlar ayağa qalxaraq Zelenskinin Rusiya əleyhinə çıxışını alqışlayıblar

2022/11/sdf4s-1669459880.jpg
Oxunub: 674     17:34     26 Noyabr 2022    
Noyabrın 24-də Varşavada ATƏT Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb və bununla bağlı diqqətçəkən detallar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, birinci plenar iclasda Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın və Rusiya prezidenti Vladimir Putinin ünvanına kifayət qədər kobud ifadələr işlədib.

“Bundan sonra zalda olanlardan bəziləri ayağa qalxaraq Zelenskinin Rusiya əleyhinə çıxışını alqışlayıblar. Onların arasında Ermənistan nümayəndə heyətinin üzvləri, xüsusilə Eduard Ağacanyan, Mariya Karapetyan və Hripsime Qriqoryan da olub. Mənbələrimizə görə, bu, hətta bəzi digər ölkələrin nümayəndələrinin də çaşqınlığına səbəb olub, çünki bir gün əvvəl Paşinyan şəxsən Vladimir Putinlə görüşüb, onu aparan maşına minib, onu xoş qarşılayıb və cəmi bir gün sonra deputatları Zelenskni ayaqda alqışlayıblar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Erməni-deputatlar  


Bizi "telegram"da izləyin