“Joğovurd”: Paşinyan yaxınlarının və partiya daxilindəki sadiq adamlarının siyahısına yenidən baxır

2022/11/ljkjk-1669459774.jpg
Oxunub: 298     17:21     26 Noyabr 2022    
Hakim Vətəndaş Müqaviləsi Partiyasında mövqe dəyişiklikləri baş verir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan yaxınlarının və partiya daxilindəki sadiq adamlarının siyahısını nəzərdən keçirir.

“Paşinyan indi onu tez-tez tərifləyən şəxsələrə qarşı daha mülayimdir, belə bir təəssürat var ki, ictimai nəvazişi alqışlayır. Paşinyan partiyanın idarə heyətinin üzvlərini seçdikdən və yeni idarə heyətini formalaşdırdıqdan sonra Vahaqn Aleksanyan və Gevorq Papoyana yerlər verməyə başlayıb. Görünür, onlar Baş nazirin yazılarına daha çox “like” atırlar, yaxud paylaşırlar və Paşinyana qeyd-şərtsiz dəstəklərini daha tez-tez bəyan edirlər”, - deyə nəşrin hakimiyyətə yaxın olan mənbəsi bildirib.

“Bizə o da bildirilib ki, Paşinyanla idarənin keçmiş sədri Suren Papikyan arasında münasibətlər transformasiya olunub.Məlumata görə, Papikyan noyabrın 22-də Vətəndaş Müqaviləsi Partiyasının yeni seçilmiş idarə heyətinin ilk iclasında iştirak etməyib. Həmin gün VMP idarəsinin üzvlərinin, müavinlərinin, sektorlarının bölgüsündən, eləcə də partiya idarəsinin saxtalaşdırılan seçkilərindən danışılıb. Nikol Paşinyan saxta xəbərlərin dərc olunmasını bağışlamır və biz də bu barədə yazmışdıq. İndi daxildə hamı bir-birini günahlandırmağa çalışır və siçovul ovu başlayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin