Paşinyan hakimiyyəti qondarma “soyqırımı” mövzusu üzərindən xətt çəkir

2022/11/1669362838.jpg
Oxunub: 365     16:45     26 Noyabr 2022    
Ermənistan müstəqilliyini elan etdikdən sonra “soyqırımı” (qondarma – red.) məsələsi ölkənin xarici siyasətinin mühüm istiqamətini təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bundan əvvəl isə “soyqırımı məsələsinin tanınması və pislənməsi” mövzusu əsasən diaspor fəaliyyəti ilə bağlı idi.

Müəllif qeyd edib ki, hətta Sovet Ermənistanında da bu mövzu SSRİ daxilində mümkün olduğu qədər gündəmlərdən biri idi.

“Bu ilin yanvarında Paşinyan artıq bəyan etdi ki, Ermənistan heç vaxt “hay dat” siyasəti aparmayıb və “soyqırımının tanınması prosesi”nin hərəkətverici qüvvəsi həmişə diaspor və diaspor təşkilatları olub. O, belə bir bəyanatla, görünür, etiraf edir ki, “soyqırımı məsələsi” heç vaxt onun hökuməti üçün prioritet məsələ olmayıb və bu, bütünlüklə diasporun çiynində qalıb. Məhz buna görə də hökumətin 2021-2026-cı illər planı qeyri-müəyyən ifadələrlə Ermənistanın xarici siyasət istiqamətini “soyqırımı” ilə bağlı xüsusi qeyd etmədən məsələyə ümumi nəzər salıb. Belə çıxır ki, Paşinyan hakimiyyəti həmişə “soyqırımı” mövzusunda gündəm yaratmaqdan yayınıb və indi məsələnin Ermənistanın gündəmindən çıxarılması, müzakirə olunmaması vəzifəsi artıq qarşıya qoyulub”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin