Erməni politoloq: “Azərbaycan heç bir diplomatik təzyiq altında öz qoşunlarını çıxarmayacaq”

2022/11/gh78g-1669459548.jpg
Oxunub: 642     16:28     26 Noyabr 2022    
“Bu mərhələdə Ermənistan-Azərbaycan danışıqları mərhələsinin fəallığı dünyada mövcud olan ümumi vəziyyətlə şərtlənir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ruben Marqaryan deyib.

Onun sözlərinə görə, dünyada bir qədər partlayıcı vəziyyət hökm sürür və müxtəlif dövlətlər öz maraqlarını qoruyaraq qeyd olunanlardan irəli gələn mümkün hadisələri dayandırmaq istəyirlər.

“Elə bir vəziyyət yaranıb ki, müxtəlif səbəblərdən Ermənistan ətrafında sabitlik əsas geosiyasi oyunçulara - Moskva, Vaşinqton, Paris, Tehran və ya Brüsselə sərf edir. Onların heç birinə burada çox gərginlik lazım deyil. Bəli, burada bütün dövlətlərin müəyyən maraqları var idi və onları Ermənistan vasitəsilə irəli sürməyə çalışırlar, lakin ümumilikdə regional sabitlik əsas oyunçulara sərf edir. Əks halda Türkiyə və Azərbaycan öz rolunu Ermənistan hesabına artıracaq”, - deyə Marqaryan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, indiki vəziyyətdən artığını gözləmək çətindir, çünki Azərbaycan heç bir diplomatik təzyiq altında öz qoşunlarını çıxarmayacaq.

“Hərbi sahəyə gəlincə, biz Ermənistan rəhbərliyindən dəfələrlə eşitmişik və bu gün də eşitməkdə davam edirik ki, onlar “dağlar, göllər, yollar” uğrunda döyüşmək fikrində deyillər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Danışıq  


Bizi "telegram"da izləyin