“Ermənistan-Azərbaycan danışıqlarının dalana dirənməsi hərbi münaqişə və regional yanğınla nəticələnə bilər” - Badalyan

2022/11/ghj4g-1669459139.jpg
Oxunub: 295     14:55     26 Noyabr 2022    
“İlham Əliyevin İrana verdiyi bəyanatlar mahiyyət etibarilə görünməmiş xarakter daşıyır”.

Ordu.az xəbər verir ki, bunun erməni siyasi şiyasi şərhçi Hakop Badalyan deyib.

Badalyanın sözlərinə görə, İran-Azərbaycan gərginliyi görünməmiş xarakter alıb.

“Azərbaycanla İran arasında mümkün müharibə olarsa, biz İran və istənilən üçüncü ölkə ilə məşğul olacağıq. Sərt bəyanatlar İlham Əliyevin jestlərinin İranın rəqiblərinə yönəldiyini istisna etmir. Bölgədə vəziyyət ağırdır. Qığılcım və müharibənin alovlanması Bakı üçün yaxşı perspektiv deyil”, - deyə o qeyd edib.

Erməni siyasi şərhçi hesab edir ki, Ermənistan-Azərbaycan danışıqlar prosesinin dalana dirənməsi hərbi münaqişəyə gətirib çıxara, bu da regional yanğına səbəb ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Danışıq  


Bizi "telegram"da izləyin