Ordu.az xəbər verir ki, bunu regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib.
Petrosyan KTMT sammitinin pərdəarxası müzakirələrində Qarabağ məsələsinin müzakirə olunduğunu istisna etmir.
“Hazırda Rusiyanın problemi Ermənistanı saxlamaqla KTMT-nin parçalanmasına imkan verməməkdir. KTMT Ermənistanın kəskin bəyanatlarını həzm etdi. Peskov tərəfindən açıq mesaj var idi ki, Ermənistanın KTMT-dən çıxmasının siyasi nəticələri olacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az