Ermənistan, Pakistan, Kuba, Venesuela, Eritreya və Çin qətnamənin əleyhinə səs verib. Boliviya, Braziliya, Kamerun, Kot-d'İvuar, Hindistan, İndoneziya, Qazaxıstan, Malavi, Malayziya, Mavritaniya, Namibiya, Qətər, Seneqal, Sudan, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan bitərəf qalıb.
Erməni iranşünas Armen Vardanyanın sözlərinə görə, Ermənistan o qədər çətin vəziyyətdədir ki, çox vaxt öz prinsiplərinə zidd gedərək BMT və ya digər beynəlxalq strukturlarda İran və ya Rusiya əleyhinə qəbul edilən qətnamələrə qarşı çıxmır.
“Bizim çətin və ağır vəziyyətimizin səbəbi də budur. Ermənistan qonşuları ilə problem yaşamaq istəmir. Biz bir tərəfdən özümüzü “demokratiya adası”, regionda “demokratiya qalası” kimi təqdim edirik, digər tərəfdən isə antidemokratik rejimlərə səs veririk ki, bu da cəfəngiyyatdır”, - deyə Vardanyan qeyd edib.
Erməni iranşünas bildirib ki, Ermənistanın Rusiyaya qarşı qətnamələrlə bağlı mövqeyi bir qədər yumşalıb.
Vardanyan qeyd edib ki, Ermənistanın xarici siyasət idarəsi yanlış hesablama aparıb.
“Daha yaxşı olardı ki, biz bitərəf qalaq və ya ümumiyyətlə səsvermədə iştirak etməyək. Bu səsvermənin qlobal mənfi nəticələri olmayacaq, lakin mənfi rəyin yaradılması narahatlıq doğurur”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az