Ordu.az xəbər verir ki, bunu Meksika Xarici Əlaqələr nazirinin müavini xanım Karmen Moreno Toskano bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan ilə Meksika arasında əməkdaşlığın, xüsusilə, iqtisadi-ticari, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün lazımi potensial mövcuddur.
O, Meksikanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Cənubi Qafqazda sülh prosesinə dəstəyini davam etdirəcəyinə əminliyini bildirib və Azərbaycanın regionda davamlı sülhə nail olacağına ümidini ifadə edib.
Ordu.az