Türkiyənin müdafiə sənayesinin ixracatı 4 milyard dollar təşkil edəcək

2022/11/thumb-1669387403.jpg
Oxunub: 282     18:11     25 Noyabr 2022    
Türkiyə müdafiə sənayesi sahəsində dünyada zirvə nöqtəsinə çatana qədər mübarizəsini davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə birlikdə iştirak etdiyi Pakistan üçün MİLGEM Korvet Layihəsinin 3-cü gəmisinin suya buraxılması mərasimində bildirib.

O qeyd edib ki, 2002-ci ildə Türkiyədə müdafiə sənayesi sahəsində cəmi 62 layihə həyata keçirildiyi halda, bu gün bu rəqəm 750-ni keçib.

Ərdoğan əlavə edib ki, ilin sonuna qədər isə Türkiyə müdafiə sənayesinin ixracatı 4 milyard dollar təşkil edəcək.

Türkiyə Prezidenti MİLGEM Korvet Layihəsi çərçivəsində 4-cü gəminin 2025-ci ilin fevral ayında Pakistana təhvil veriləcəyini də qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Pakistan  


Bizi "telegram"da izləyin