Norveç Aİ-nin Ukraynaya hərbi dəstəyinə əlavə 14.5 milyon dollar ayıracaq

2022/11/6380c-1669385042.jpg
Oxunub: 317     18:03     25 Noyabr 2022    
Norveç Avropa İttifaqının (Aİ) Ukraynaya göstərdiyi hərbi dəstək üçün 14.5 milyon dollar ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

O əlavə edib ki, Ukrayna müharibədə Rusiyaya qarşı dayana bilmək üçün digər ölkələrin dəstəyinə ehtiyac duyur. Norveç də bu məsələdə kifayət qədər töhfə verib.

“Ukrayna hərbilərinin təlimlər keçməsi üçün Aİ tərəfindən yaradılan missiyanı Norveç dəstəkləyir. İlkin mərhələdə 15 min Ukrayna hərbçisinin təlimlərdə iştirakı nəzərdə tutulur”, - deyə nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin