Hakan Yavuz: “Ermənistan regional layihələrə qoşulmaqla qazanc əldə edə bilər”

2022/11/78995-1669384936.jpg
Oxunub: 148     17:25     25 Noyabr 2022    
“Ermənistan regional layihələrə qoşulmaqla qazanc əldə edə bilər, əks halda, Türkiyə, Azərbaycan və Gürcüstan bu layihələri birlikdə inkişaf etdirəcək".

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yuta Universitetinin Siyasi Elmlər Kafedrasının professoru Hakan Yavuz deyib.

Onun sözlərinə görə, bunun üçün rəsmi İrəvan ilk növbədə Bakı ilə münasibətlərin normallaşması prosesini başa çatdırmalıdır.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropada keçirdiyi son görüşlərdə Fransa Prezidenti Emmanuel Makronun da iştirak etməsini tələb edib.

Professor Paşinyanı hər zaman yanında valideyn himayəsinə ehtiyac duyan balaca uşağa bənzədib, Rusiya və Fransanın Ermənistana himayədarlıq etdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin