Rusiya “Meta”nı ekstremist təşkilatlar reyestrinə daxil edib

2022/09/1664341729.jpg
Oxunub: 179     15:53     25 Noyabr 2022    
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Meta-nı ekstremist təşkilatların reyestrinə daxil edib.

Ordu.az xəbər verir ki, ABŞ-ın “Facebook”, “İnstagram” kimi sosial şəbəkələrinin daxil olduğu “Meta” şirkəti Rusiyada ekstremist təşkilatların siyahısına daxil edilib.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayandan sonra ölkə ərazisində “Facebook” və “İnstagram” sosial şəbəkələrinin fəaliyyətini bloklayıb. Rəsmi Moskva “Meta”ya daxil olan sosial şəbəkələrin Rusiya Federasiyası dövləti, silahlı qüvvələri əleyhinə təbliğat aparmaqda ittiham edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Meta  


Bizi "telegram"da izləyin