Ordu.az xəbər verir ki, bu barədə Türkiyədə keçirilən Quru Sistemləri Seminarında məlumat verilib.
Zirehli döyüş maşınlarının modernləşdirilməsi üçün 2019-cu ildə ASELSAN ilə Türkiyə hökuməti arasında müqavilə imzalanıb. Müasirləşdirmə Layihəsi çərçivəsində ASELSAN maşınlara 25 mm-lik “Nefer” silah qülləsinin, lazer xəbərdarlıq sisteminin, yaxın məsafədən müşahidə sisteminin, sürücü görmə sisteminin təkmilləşdirilməsi işlərini həyata keçirib.
Layihə çərçivəsində zirehli texnikalarda texniki xidmət və təmir işləri subpodratçı FNSS tərəfindən həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az