Ordu.az xəbər verir ki, Korpus bu barədə “Twitter” hesabında məlumat yayıb.
Sınaqdan keçirilən texnikanın üzərində “Çaka” uzaqdan idarə olunan döyüş modulu görünüb. Modul 12,7 mm pulemyot və 40 mm avtomatik qumbaraatan ilə yüksək atəş gücünə malikdir.
Amfibiya əməliyyatı zamanı gəmi ilə sahil arasındakı məsafəni ən sürətli şəkildə qət etmək qabiliyyətinə malik “Zaha” qoşunların mühafizə altında və atəş dəstəyi ilə qısa müddətdə quruya çıxmasına şərait yaradır.
Sevinc Əliyeva
Ordu.az